
Bakı. Trend:
Qarşıdakı saatlar Qəzzada sülhün möhkəmlənməsi baxımından
həlledici olacaq və bu məsələ ilə bağlı Parisdə keçirilən konfrans
ABŞ təşəbbüsü ilə paralel şəkildə işləməyi hədəfləyir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel
Makron deyib.
Qeyd edək ki, Fransa Qərb və ərəb ölkələrinin xarici işlər
nazirlərinin görüşünə ev sahibliyi edir. Görüşdə döyüşlər
dayandıqdan sonra Qəzza üçün beynəlxalq sülhməramlı missiyanın
yaradılması və bərpa yardımı məsələləri müzakirə olunur.

