Tramp 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bəyan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında müharibəyə
son qoymaq üçün 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin
artıq başladığını bildirib.

Trend xəbər verir ki, bunu
Donald Tramp Yaxın Şərq Sülh Sammiti öncəsi Misir Prezidenti
Əbdülfəttah əs-Sisi ilə görüşdə açıqlayıb.




O qeyd edib ki, müxtəlif mərhələlərin icrası bir qədər
bir-birinə qarışıb.

“Lakin bizim nöqteyi-nəzərimizdən o artıq başlayıb”, – Tramp
əlavə edib.