
Bakı. Trend:
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları Amerika arsenalını
tükəndirib və Pentaqonda “Patriot” hava hücumundan müdafiə sistemi
üçün 1700-dən az raket qalıb.
Bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən
məlumat yayıb.
Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın
administrasiyası hərbi podratçı şirkətlərdən istehsalı
sürətləndirməyi tələb etməyə çalışır. Lakin bütün səylərə
baxmayaraq, ABŞ-yə İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə
edilmiş “Patriot” sistemləri üçün 1,5 mindən çox raketin
istehsalına iki ildən artıq vaxt lazım gələ bilər.
Nəşrin mənbəsi ABŞ-ın sərəncamında 1,7 mindən az belə raketin
qaldığını vurğulayıb.
Qəzet qeyd edib ki, arsenalların tükənməsi Pentaqonu Asiya və
Avropadakı gəmiləri, təyyarələri və hava hücumundan müdafiə
bölmələrini Yaxın Şərqə yönləndirməyə məcbur edir.

