"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı

Baş səhifə

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.

Modern.az xəbər verir ki, “ağ-qaralar” 1-ci liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.

Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub.

“Şahdağ Qusar” isə 81-ci dəqiqədə təsəlli qolunu vurmağa nail olub.