HƏMAS Trampın Qəzza planı ilə bağlı iradların olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı ABŞ prezidenti Donald Trampın təklif
etdiyi Qəzza zolağında münaqişənin həlli planına bəzi iradları
daxil etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə hərəkatın Siyasi Bürosunun
üzvü Məhəmməd Nazzal bildirib.




“Bu layihə ilə bağlı qeydlərimiz var və HƏMAS-ın nümayəndələri
olaraq bunları bildirmək hüququmuz var. Bu məsələ ilə bağlı rəsmi
cavabımızı tezliklə təqdim edəcəyik”, – deyə o qeyd edib.

Nazzal hərəkat rəhbərliyinin “razılaşmaya ciddi yanaşdığını”
vurğulasa da, HƏMAS-ın “Qəzzada qırğın müharibəsini davam etdirəcək
və fələstinliləri qanuni hüquqlarından əl çəkməyə məcbur edəcək”
razılaşmanı qəbul etməyəcəyini qeyd edib.