Ərdoğan BƏYAN ETDİ: Türkiyə Bakını qoruyan sistemin bənzərini yaradır

Dünya Siyasət

İsrailin “Dəmir Günbəz”i var, Türkiyənin isə “Polad Qübbə”si olacaq”.

Resmixeber.az Globalinfo.az-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hava hücumundan müdafiə sistemi haqqında danışarkən deyib.

O, Türkiyədə yeni “Polad Qübbə” hava hücumundan müdafiə sistemi yaradılacağını bildirib:

“Biz bir çox asimmetrik təhlükələri aradan qaldırmaq üçün çoxqatlı hava hücumundan müdafiə sistemləri hazırlamalıyıq. “Polad Qübbə” yaradacağıq və uzunmənzilli raket potensialımızı artıracağıq”.

Ərdoğan eyni zamanda Türkiyəni “dünyanın ən böyük PUA istehsalçısı” adlandırıb. Bildirib ki, 2018-ci ildən bu günə qədər dünya üzrə bütün PUA satışlarının 65 faizi türk şirkətlərinin payına düşüb.

Qeyd edək ki, İsrailin “Dəmir Gümbəz” müdafiə sistemini Azərbaycana verməsi ilə bağlı iddialar hələ 44 günlük müharibə zamanı yayılmışdı. Sonradan bəzi İsrail mənbələri də bu iddianı gündəmə gətirmişdi. Rəsmi Bakı isə iddialara münasibət bildirməyib.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir