“Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü

Dünya




“Bitcoin”in məzənnəsi 6,4% ucuzlaşıb və 60 min dollardan aşağı düşüb.

Bu barədə “Coin Desk”in məlumatlarından aydın olub.

Belə ki, “bitcoin” 59 100 dollar olub, bu, fevralın sonundan bəri ən aşağı qiymətdir.

Kəskin ucuzlaşma “Binance”ın qurucusunun dördaylıq həbs cəzası alması ilə bağlı məlumatlar fonunda baş verib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Çanpen Çjao birjanın çirkli pulların yuyulmasına qarşı proqramını həyata keçirməməkdə təqsirini boynuna alaraq şirkətdən istefa verib.

ABŞ rəsmiləri onun qəsdən buna göz yumduğunu bildiriblər.

Mənbə: Associated Press

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir