“Mançester Siti”yə klublararası dünya çempionatının kuboku təqdim olundu – VİDEO

Dünya


Dekabrın 22-də klublar arasında futbol üzrə dünya çempionatının final matçı baş tutub.

2023-cü ilin finalında “Mançester Siti” və “Fluminense” komandaları üz-üzə gəliblər.

Komandalar Ciddə şəhərindəki “King Abdulla Sports City” stadionunda qarşılaşıblar.

“Mançester Siti” 4:0 hesabı ilə qələbə qazanıb. Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib və İngiltərə klubuna klublar arasında dünya çempionatının kuboku təqdim olunub.

“Mançester Siti”nin heyətində Xulian Alvares (iki dəfə) və Fil Foden fərqləniblər. Daha bir qolu “Fluminense”nin müdafiəçisi Nino öz qapısına göndərib.

Qeyd edək ki, “Mançester Siti” yarımfinalda Yaponiyanın “Urava Red Daymonds” kollektivini 3:0 hesabı ilə məğlub etmişdi. Öz növbəsində “Fluminense” Misirin “Əl-Əhli” komandasını 2:0 hesabı ilə üstələyərək finala vəsiqə qazanmışdı.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir