ABŞ senatoru Çini “cəhənnəm sanksiyaları” ilə hədələdi

Dünya


“Pekin Tayvana nəzarəti bərpa etməyə cəhd edəcəyi təqdirdə Çini “cəhənnəm sanksiyaları” gözləyir”.

Bunu ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem deyib.

Bununla da senator Si Cinpinin San-Fransiskoda ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı Tayvanın Çinlə yenidən birləşəcəyini ona birbaşa söyləməsi barədə məlumatlara reaksiya verib.

Onun fikrincə, bu cür məlumatlar insanları qıcıqlandırır.

“Mən demokrat və respublikaçı senatorlarla işləyəcəyəm ki, bu iki işi tez bir zamanda yerinə yetirək. Birincisi, Tayvan üçün güclü əlavə müdafiə yaratmaqdır. İkincisi, Çin Tayvanı ələ keçirmək üçün hərəkətə keçərsə, ona qarşı tətbiq olunacaq cəhənnəm sanksiyaları layihəsini hazırlamaqdır”, – deyə Qrem bildirib.

Senatorun nöqteyi-nəzərindən ABŞ-də ÇXR ilə qarşıdurmanı mümkün edəcək partiyalararası konsensus mövcuddur.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir