“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidməti
məlumat yayıb.

Bildirilib ki, əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi
rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən
fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş”
kabab evində yoxlama keçirilib:




“Yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və
təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim
edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi
nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə
izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və
sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı
sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə
cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan
qaldırılanadək məhdudlaşdırılıb”.

Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında
keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə
məsuliyyətə cəlb olunub.