ABŞ-nin strateji atom sualtı qayığı Yaxın Şərqdə – FOTO

Dünya


ABŞ-nin “Ohayo” sinifli strateji atom sualtı qayığı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat məsuliyyəti zonasına gedib.

resmixeber.az-ın məlumatına görə, bu barədə CENTCOM-un bəyanatında bildirilir.

Qeyd edək ki, Mərkəzi Komandanlığın cavabdehlik sahəsinə Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir.

Xatırladaq ki, Pentaqon Yaxın Şərqə əlavə 300 hərbçi göndərdiyini açıqlamışdı.

Bundan əvvəl məlum olub ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD raketdən müdafiə sistemləri və “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib. Həmçinin ABŞ Yaxın Şərqə “USS Gerald R. Ford” və “USS Dwight D. Eisenhower” aviadaşıyıcılarını, həmçinin səkkiz müşayiət gəmisini göndərib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir