Türkiyənin ABŞ-dən F-16 qırıcılarını alması ilə bağlı danışıqlar başa çatıb

Dünya


Türkiyənin ABŞ-dən F-16 qırıcıları alması ilə bağlı texniki səviyyədə aparılan danışıqlar başa çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. 

“Texniki nümayəndə heyətlərinin danışıqları başa çatıb. Biz ABŞ-də müvafiq qanunvericilik prosedurlarının tezliklə və müsbət yekunlaşmasını gözləyirik. Biz bir daha deyirik ki, ABŞ bu problemi heç bir şərtlə əlaqələndirməməlidir”, – qurumdan vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ankaraya F-16-ların tədarükünə razılıq verməsini İsveçin NATO-ya daxil olması məsələsində müsbət qərarla əlaqələndirməkdə davam edir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir