İsrail ordusu həlak olan hərbçilərinin sayını açıqladı

Dünya


Oktyabrın 17-də İsrail Müdafiə Ordusu (SAXAL) eskalasiya başlayandan indiyə qədər həlak olan hərbçilərin sayına dair məlumatı öz internet resursunda yeniləyib.

SAXAL-ın məlumatına görə, Fələstin-İsrail münaqişəsi zamanı 302 İsrail əsgəri həlak olub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS qüvvələri İsrailə kütləvi raket zərbəsi endirib, bundan sonra Qəzza zolağından ölkəyə daxil olublar. Bir neçə saat sonra İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan hərbçilərin xidmətə çağırıldığını elan edib və ölkənin müharibə vəziyyətində olduğunu bildirib.

Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi 7-17 oktyabr tarixində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 3 min nəfərin öldüyünü bildirmişdi.

Mənbə: osnmedia.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir