Çində strateji mineral yataqları tapılıb

Dünya


Çin alimləri ölkədə kifayət qədər strateji mineral kimi tanınan niobiumun yataqlarını kəşf ediblər.

Bu element müxtəlif sənaye sahələrində, o cümlədən avtomobil sənayesində və nüvə enerjisi sahəsində fəal şəkildə istifadə olunur.

Yerli mineral niobium-baotou adlandırılıb. Belə ki, o Baotou şəhərindəki yataqda tapılıb.

Kəşfin müəllifləri Mərkəzi Nüvə Geoloji Elm və Texnologiya şirkətinin tədqiqatçılarıdır. Yeni aşkar edilmiş mineral artıq Beynəlxalq Minerallar Assosiasiyasından rəsmi təsdiq alıb və onların reyestrinə IMA 2022-127a nömrəsi ilə daxil edilib.

Qeyd edək ki, niobium aşağı istilik neytron tutma qabiliyyətinə görə nüvə sənayesində əsas element sayılır.

Mənbə: ferra.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir