Vinisius milyardlıq müqavilə imzalayır

Dünya


“Real Madrid” hücumçusu Vinisius Juniorla uzunmüddətli müqavilə imzalayacaq.

Bu barədə jurnalist Fabritsio Romano özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

O bildirib ki, tərəflər bütün məsələləri razılaşdırıblar. Əslində, ötən həftə bununla bağlı açıqlama verilməli idi. Lakin klub daxilində təşkilati problemlər səbəbindən yubanma baş verib. Lakin tezliklə yeni müqavilənin imzalandığı açıqlanacaq.

Razılığa əsasən, Vinisiusun təzminat məbləği bir milyard avro olacaq.

Qeyd edək ki, braziliyalı futbolçu 2018-ci ildən “kral klubu”nda çıxış edir. 23 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 232 matçda iştirak edib, 62 qol vurub, 65 məhsuldar ötürmə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir