
Bakı. Trend:
5 iyunda Bakıda Ümumdünya Ətraf Günü 2026 tədbiri baş tutub.
Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirdə yüksək
səviyyəli dövlət rəsmiləri, BMT və onun aidiyyatı qurumlarının
rəhbər şəxsləri, müxtəlif ölkələrdən gələn nümayəndələr,
Azərbaycanın özəl sektorunu təmsil edən şirkətlərin, eləcə də
Norm-un nümayəndələri iştirak ediblər. Norm tədbirin
sponsorlarından biri kimi bu mühüm təşəbbüsə dəstək göstərib.
Ətraf mühitin qorunması, iqlim dəyişiklikləri ilə mübarizə və
dayanıqlı inkişafın təşviqinə həsr olunmuş belə nüfuzlu tədbirin
sponsor kimi tərəfdaşları sırasında yer almaq şirkət üçün mühüm
əhəmiyyət kəsb edir.
Norm-da istehsal və biznes prosesləri ətraf mühitə məsuliyyətli
yanaşma prinsipləri əsasında qurulub. Şirkət karbon emissiyalarının
azaldılması ilə bağlı hədəflərinə nail olmaq istiqamətində
fəaliyyətini davam etdirir, bu məqsədlə Azərbaycan Sement
İstehsalçıları Assosiasiyasının “Xalis Sıfır Yol Xəritəsi”nə uyğun
addımlar atır.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

