Nigeriyada mülki əhaliyə terror hücumu: Ölənlər və qaçırılanlar var

Dünya


Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatı mülki əhaliyə hücum aktı həyata keçirib.  

Terror təşkilatının üzvləri Borno əyalətinin Mafa bölgəsində tarlada çalışan işçilərə hücum ediblər.

Nəticədə 10 nəfər həyatını itirib, 9 nəfər isə qaçırılıb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlar zamanı on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir