“Barselona” sabiq futbolçusunu geri qaytardı – FOTO

Dünya


“Barselona”nın sabiq hücumçusu Boyan Krkiç kluba qayıdıb.

Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ispaniyalı keçmiş oyunçu klubun akademiyasında futbol koordinatoru olub. Onun işi gənc oyunçulara nəzarət etmək olacaq.

Daha əvvəl mətbuatda Krkiçin digər klublarda icarə əsasında çıxış edən gənc “Barselona” oyunçularını izləyəcəyi, həmçinin klubun yetirmələrinin əsas komandaya keçidinə cavabdeh olacağı bildirilirdi.

Xatırladaq ki, Krkiç Yohan Kroyff İnstitutunda idman menecmenti üzrə magistr dərəcəsi alıb. Bundan sonra “Barselona”nın prezidenti Joan Laporta üç qitədə və yeddi ölkədə oynamış Boyanın zəngin həyat təcrübəsinin “Barsa”ya faydalı ola biləcəyini açıqlayıb.

“Barselona”nın akademiyasının yetirməsi olan Krkiç 2007-2014-cü illərdə klubun əsas komandasının üzvü olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir