Əfqanıstanın paytaxtında bayram marafonu – VİDEO

Dünya


ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxarılmasının ikinci ildönümü münasibətilə Kabildə qaçış marafonu keçirilib.

Marafona yüzlərlə Əfqanıstan vətəndaşı qoşulub.

Xatırladaq ki, 2001-ci ildə ABŞ və müttəfiqləri Əfqanıstana qoşun yeridərək “Taliban”ın hakimiyyətinə son qoymuşdular. 20 il sonra – 2021-ci ilin avqust ayında Pentaqon ABŞ hərbi qüvvələrinin Əfqanıstanı tamamilə tərk etdiyini açıqladı.

Yenidən siyasi hakimiyyətə yiyələnən “Taliban” hərəkatı ABŞ və müttəfiqlərinin ölkəni tərk etməsi ilə əlaqədar 15 avqust tarixinin Əfqanıstanda bayram günü kimi qeyd olunması barədə göstəriş verib.

Mənbə: RTA English

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir