Sumqayıtda “Prius” piyadaları vurmamaq üçün ağaclara çırpıldı

Cəmiyyət


Sumqayıtda avtomobil ana və övladını vurmamaq üçün ağaclara çırpılıb.

resmixeber.az-nın məlumatına görə, “Toyota Prius” markalı avtomobil iradəetmədən çıxaraq ağaclara çırpılıb.

Hadisə şəhərin Bakı küçəsində 15 və 17-ci məhəllənin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 99-UM-024 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil yolu keçən ana və uşağı vurmamaq üçün kəskin manevr edib. Nəticədə yoldan çıxan maşın ağaclara çırpılıb və bir neçə şam ağacı qırılıb. Avtomobil əzilib, sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir