Ermənistanda seçki pozuntularını aşkarlamaq üçün dronlardan istifadə olunacaq

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Korrupsiya İlə Mübarizə Komitəsi seçicilərin ələ
alınması hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə
ölkə üzrə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin
keçirildiyini bildirib.

Trend bu barədə
Ermənistan mediasına istinadən xəbər verir.

Qurumun məlumatına görə, əməliyyatlar son aylarda daxil olmuş
operativ məlumatlar və vətəndaş müraciətləri əsasında həyata
keçirilir.




Tədbirlər çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş
alətlərdən və müasir texniki vasitələrdən, o cümlədən pilotsuz uçuş
aparatlarından (dronlardan) istifadə olunacaq.

Komitədə bildirilib ki, seçki prosesləri zamanı mümkün rüşvət
alma və vermə faktları üzrə əhəmiyyətli həcmdə məlumatlar, həmçinin
daha əvvəl keçirilmiş axtarışlar nəticəsində əldə olunmuş
materiallar onların sərəncamındadır.