Göyçayda avtomobil aşıb: Yaralılar var

Cəmiyyət


Göyçayda rayonunda avtomobil aşıb, yaralılar var.

“resmixeber.az”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir