Sumqayıtda əri tərəfindən öldürülən qadının anası DANIŞDI – YENİLƏNİB + VİDEO

Kriminal


Sumqayıtda əri tərəfindən öldürülən qadının anası danışıb.

Xezerxeber.az xəbər verir ki, iyunun 26-da Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Balafər Muradov aralarında yaranmış mübahisə zamanı arvadı, 1987-ci il təvəllüdlü Leyla Muradovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq tədbirləri davam edir.

Leyla Muradovanın anası Zivər Səfiyeva hadisə barədə açıqlama verib.

O bildirib ki, ailədə davamlı olaraq mübahisələr baş verib.

Daha ətraflı süjetdə:

19:47

İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq tədbirləri davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir