Çində restoranda güclü partlayış olub, 30-dan çox adam ölüb – VİDEO

Dünya


Çinin şimal qərbində yerləşən İnçuan şəhərində restoranlardan birində güclü partlayış olub.

Partlayış nəticəsində 31 nəfər həyatını itirib.  

Restoranda olan daha yeddi nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.

Qeyd olunur ki, partlayış Çində ənənəvi olaraq keçirilən üç günlük Əjdaha Qayıqları Festivalı ərəfəsində baş verib. Bir çox çinli sözügedən bayram günlərində yaxınları və dostları ilə birgə vaxt keçirmək üçün restoranlara, əyləncə mərkəzlərinə baş çəkir.

Mənbə: “Sinxua”

www.RESMIXEBER.az