Salyan polisinin axtarışa verdiyi şəxs Fransada saxlanıldı

Kriminal


Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Fransada həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Salyan RPŞ tərəfindən barəsində dövlətlərarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Şaiq Əliyev Fransa polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, Ş.Əliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 310 və 320-ci (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə iş başlanılıb. Onun saxta sənədlər əsasında Fransaya getdiyi və orada yaşadığı bildirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir