Şəkidə yük maşınında yanğın olub

Cəmiyyət


Şəkidə yük maşınında yanğın olub, sürücü yanıq xəsarətləri alıb.

resmixeber.az-nın məlumatına görə, bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kəndində, kənd sakini Əsadulla Yusif oğlu Yusifovun yaşadığı evin yaxınlığında park edilmiş, 1993-cü il təvəllüdlü Ağdaş rayon sakini Vüqar Mustafa oğlu Quliyevə məxsus “KamAZ” markalı, 45-BF-041 dövlət qeydiyyat nişanlı yük avtomobilinə qoşulmuş 03-ZA-051 dövlət qeydiyyat nişanlı qoşquda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb ediliblər. Yanğın nəticəsində yük maşının qoşqusunun yanar hissələri və qoşquya yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Yüksək temperaturdan Əsədulla Yusifova məxsus 1 ədəd qaz sayğacı əriyib.

Yanğın zamanı avtomobilin sürücüsü Vüqar Quliyev bədən nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Xidməti tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlıqdakı digər tikililər, ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir