Qaradağda avtomobil hasara çırpılıb, sürücü ölüb

Cəmiyyət


Qaradağda avtomobil daş hasara çırpılıb.

resmixeber.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 32-ci kilometrliyində 1975-ci il təvəllüdlü, Sabirabad rayonu, Qaratoğay kəndində qeydiyyatda olan Qalib Bibiqulu oğlu Mürsəlov idarə etdiyi QAZ-3110 markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı daş hasara vurub.

Nəticədə sürücü Qalib Mürsəlov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir