Bütün bədəni yanan Yusifin anası: “Evimizə qayıtmaq üçün 30 manat borc aldıq, müalicə üçün imkanımız çatmır”

Cəmiyyət


8 yaşlı Yusif Qorxmaz oğlu Quliyev ağır yanıq xəsarətləri alıb.

Bu barədə resmixeber.az-a onun anası Aynur Quliyeva məlumat verib.

O bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

“Biz Masallıda imkansız şəraitdə yaşayırıq. Yusifi çimizdirmək üçün bir vedrə suyu qaynamağa qoymuşdum. O da uşaqlarla oynayarkən bilmədən vedrəyə dəyib, nəticədə isti su onun bütün bədəninə tökülüb. Övladım Bakıda yerləşən xəstəxanalardan birində müalicə alsa da, imkanımız olmadığı üçün müalicəni yarımçıq saxlayıb dünən çıxmalı olduq. Qardaşım 30 manat borc alaraq bizi Masallıya, evimizə geri gətirdi. Mənim 5 uşağım var, yoldaşım da dünyasını dəyişib. İnanın uşaqları çox çətinliklə böyüdürəm. Hazırda Yusifin müalicəsi üçün 1 000 manata ehtiyacımız var. Bu məbləği toplaya bilmək mənim üçün imkansızdır. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 055 458 86 36

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir