Dünyanı heyrətləndirən 61 yaşlı azərbaycanlı “Tarzan” – VİDEO

Cəmiyyət


Bir neçə metr hündürlüyü olan ağaca çox rahat şəkildə çıxır, bir ağacdan digərinə hoppanır.

Söhbət “Bəbir adam” və “Tarzan” ləqəbi ilə məşhur olan Astara sakini 61 yaşlı Babaxan Rəhmanovdan gedir.

2002-ci ildə rejissor Adrian Steirn Hirkan Milli Parkında bəbirlər haqqında film çəkən zaman Babaxan Rəhmanov ona bələdçilik edib.

“Bəbir adam”ın həyatı uşaqlıqdan meşəlikdə, dağlarda keçib. İlk dəfə yırtıcının yuvasına girməsinə səbəb isə bəbirin həyətlərindəki keçiləri boğması olub.

“Yuvasına getdim. Mənə hücum çəkdi. O vaxt gənc idim, məşq də edirdim. Ayağımı zədələdi. Mən isə onun qaçmasına şərait yaratdım. Amma o, üstümə tullandı. Mən də boş tüfəngələ onu alnından vurdum. İnsan ki özünü itirdi, qorxdu, artıq ölürsən”, – deyə B.Rəhmanov söyləyib.

Hazırda Hirkan Milli Parkında çalışan “Bəbir adam”ın ən böyük arzusu tükənməkdə olan bu heyvanın nəslinin artırılması və təbiətin qorunaraq gələcək nəsillərə ötürülməsidir.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir