Parça-parça məhv edilən Təpəbaşı məhəlləsi – VİDEO

Cəmiyyət


Tarixi ərazilərimizdən izlərini silməyi dövlət siyasətinə çevirmiş Ermənistanın anti-Azərbaycan addımları hər zaman olduğu kimi davam edir.

Xezerxeber.az xəbər verir ki, söhbət Qərbi Azərbaycanın, tədqiqatçıların şəhərin nüvəsi adlandırdığı İrəvan şəhərinin Təpəbaşı məhəlləsindən gedir. 

Millət vəkili Əhliman Əmiraslanov Milli Məsclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı bildirib ki, bu məhəllə indi məhv olmaq təhlükəsi ilə üz üzədir.

Dinləmə çərçivəsində Qərbi Azərbaycan ərazisinə qayıdış məsələləri ilə yanaşı, həmin ərazilərdə tarixi mədəni irsimizi əhatə edən digər mövzular da diqqətə çatdırılıb.

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbəmiz Azərbaycan qarşısında yeni perspektivlər açıb. Bu zəfər Qərbi Azərbaycana qayıdışın təməlini qoyub. Bizim öz torpaqlarımıza qayıtmağa haqqımız var və öz irsimizə sahib çıxmalıyıq.

Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən UNESCO və BMT-yə müvafiq müraciətlər də ünvanlayıb.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir