ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını Müstəqillik
Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki,
bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən dövlət
katibinin bəyanatında bildirilib.

“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını
Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Ötən il ərzində münasibətlərimizi strateji tərəfdaşlıq
səviyyəsinə yüksəltdik. Bu prosesin kulminasiya nöqtəsi ABŞ-nin
vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması
oldu. Biz regional əlaqələrin genişləndirilməsi, iqtisadi
münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə
tərəfdaşlığımızı daha da möhkəmləndirməyi gözləyirik.

ABŞ Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına
sadiqliyini alqışlayır və bu istiqamətdə birgə işi davam etdirməyə
ümid edir. Qarşıdakı ildə və sonrakı dövrdə tərəfdaşlığımızı daha
da dərinləşdirmək niyyətindəyik”, – bəyanatda deyilir.