
Bakı. Trend:
İran Bəndər Abbas yaxınlığında həyata keçirilən hücuma cavab
olaraq ABŞ-yə məxsus aviabazaya zərbə endirib.
Trend xəbər verir ki,
bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat
yayıb.
SEPAH bəyan edib ki, ABŞ tərəfindən ediləcək istənilən növbəti
hücumlara daha sərt və qəti cavab veriləcək.
Bəyanatda həmçinin qeyd olunub ki, baş verən hadisələrin
nəticələrinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.

