
Bakı. Trend:
Fabio Qrosso “Fiorentina”nın yeni baş məşqçisi olacaq. Bu barədə
insayder Fabritsio Romano məlumat verib.
Trend xəbər verir ki,
tərəflər razılığa gəliblər. İtaliya millisinin keçmiş
yarımmüdafiəçisi “bənövşəyi” klubla iki illik müqavilə
imzalayacaq.
Qeyd edək ki, 48 yaşlı Qrossonun son iş yeri “Sassuolo”
olub.

