Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır

Cəmiyyət


İyunun 14-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq. Bunlar, Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl yatağı, Qəbələ rayonunda “Siləyli” qum-çınqıl yatağı, İsmayıllı rayonunda “Bilistan” və “Maçaxi” qum-çınqıl yataqları və Salyan rayonunda “Babazənən I” gil yataqlarıdır.

Başlanğıc qiyməti 4 000 – 63 400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu iyunun 7-də saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac da bu ünvanda keçiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir