Bakıda “Range Rover” üç maşına çırpıldı: Xəsarət alan var – FOTO

Cəmiyyət


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisəyə yüksək sürət səbəb olub.

Belə ki, “Range Rover” markalı avtomobilin sürücüsü Qara Qarayev prospektində yüksək sürətlə metronun “Neftçilər” stansiyası istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib.

İdarəetmədən çıxan “Range Rover” eyni istiqamətdəki “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin təsirindən “Changan” da “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza zamanı KIA markalı maşına da ziyan dəyib.

Hadisə zamanı “Changan”da olan sərnişin xəsarət alıb.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir