Moskvanın qərbində açıq tikinti meydançasında 500 kvadratmetr sahədə tikinti materialları yanıb.
Bu barədə bazar günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Nataşa Kovşova küçəsi, 17 saylı evdə baş verib.
Bildirilib ki, fövqəladə hadisə yerində nəhəng qara tüstü buludları müşahidə olunub.
Artıq yanğın tamamilə söndürülüb, xəsarət alan olmayıb.
Mənbə: TASS
www.RESMIXEBER.az