İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib.
resmixeber.az xəbər verir ki, kəllə-beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
10:38
İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.
resmixeber.az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.
Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.
Hadisə nəticəsində məktəbli xəsarətlər alıb.
Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.
İlhamə Əbülfət
www.RESMIXEBER.az