Ağdaşın Ləki qəsəbəsində ağırtonnajlı yük maşınında (TIR) yanğın olub.
resmixeber.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hazırda Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları ərazidədirlər. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
www.RESMIXEBER.az