ABŞ millisi Paraqvayı məğlub edib – DÇ-2026

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında ABŞ yığması Paraqvaya qalib
gəlib.

Los-Ancelesdə baş tutan D qrupunun qarşılaşmasında meydan
sahibləri rəqibini 4:1 hesabı ilə üstələyiblər.




ABŞ millisinin heyətində qolları Damyan Bobadilya (7-ci dəqiqə,
avtoqol), Folarin Baloqan (31 və 45+5-ci dəqiqələr) və Covanni
Reyna (90+8-ci dəqiqə) vurublar. Paraqvay yığmasının yeganə qoluna
isə Maurisio 73-cü dəqiqədə imza atıb.

Xatırladaq ki, D qrupunun digər görüşündə iyunun 14-də, saat
08:00-da Avstraliya və Türkiyə milliləri üz-üzə gələcəklər.