Rasim Balayev: “Kino Agentliyinə seçilmək istəmirəm”

Mədəniyyət


“Azərbaycanfilm” kinostudiyası bir neçə il dövlət dotasiyasında olsun”.

resmixeber.az xəbər verir ki, bu sözləri “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, agentlik özünə yer tapana qədər maliyyə köməyi olmalıdır:

“O, ümumi kino bazarına qatılana qədər dəstəklə təmin olunsun. Təklif edərdim ki, kino adamları təhsil üçün xaricə göndərilsinlər”.

R.Balayev qeyd edib ki, dramaturqların yetişməsinə ehtiyac var:

“Kino Agentliyi yaradılacaq. Ora seçilmək istəmirəm. Lakin istərdim ki, ölkəsini sevən, kinomuzu bilən adamlar oraya toplaşsınlar”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir