“Şamaxı” klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb

Baş səhifə

Bakı. Trend:

“Şamaxı” klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə
bağlayıb.

Bu barədə Trend-ə Azərbaycan Premyer Liqası təmsilçisindən
məlumat verilib.




H.İsmayılov növbəti iki mövsümdə də “Şamaxı”nın formasını
geyinəcək.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın 2025/2026 mövsümündə 38
xalla 8-ci olub.