Yasamalda ev yanır

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-in xəbərinə görə, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

www.RESMIXEBER.az