Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq öldürüldü

Kriminal


Bakının Sabunçu rayonunda qəsəbə sakini bıçaqlanaraq öldürülüb.

resmixeber.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Maştağa qəsəbə sakini 1993-cü il təvəllüdlü Seyidli Əli Yaşar oğlu yaşadığı Axund Mirzə küçəsində tanışı tərəfindən bıçaqlanıb. O, ürək nahiyəsindən aldığı bıçaq xəsarətlərindən ölüb. Ə.Seyidlinin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə yerləşdirilib.

Sabunçu Rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir