Saatlıda qatar avtomobili vurub, sürücü ölüb.
resmixeber.az-nın məlumatına görə, Saatlıda Hacıqasımlı-Kamalı yolu ilə dəmiryolu xəttinin kəsişdiyi keçiddə qatar VAZ-2106 markalı avtomobili vurub. Avtomobilin sürücü Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəsəm Gülhüseyn oğlu hadisə zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az