“Haşimi Rəfsəncani bu gün olsaydı, kəkələmədən faktları İranın ali rəhbərinə söyləyərdi”.
“Azad İran” “Telegram” kanalında verilən məlumata görə, bu sözləri İranın keçmiş prezidentinin qızı Fatimə Haşimi deyib.
O, atasının ölümündən 2 ay əvvəl ona qarşı sui-qəsd ehtimalı ilə bağlı xəbərdarlıqlar aldığını bildirib:
“Şübhəli məqamlar olmasına baxmayaraq, atamın ölüm işini bağlayıblar. Xalqa məhəl qoymayan hakimiyyət öz ziyanına işləyir. Müəyyən siyasi qrupun ələ keçirdiyi hökumət belə ölkənin problemlərini həll etməyib”.
www.RESMIXEBER.az