Dünyanın ən gözəl qadını məlum oldu – VİDEO

Dünya

ABŞ vətəndaşı, Filippin əsilli R Bonni Qabriel “Kainat gözəli-2022” müsabiqəsinin qalibi olub.

71-ci beynəlxalq müsabiqə Nyu Orleanda (Luiziana) keçirilib.

Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edib. Yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikan Respublikasından Andreina Martines Funye tutub.

Qeyd edək ki, ötən il Hindistan təmsilçisi Harnaz Sandhu “Kainat gözəli-2021” gözəllik müsabiqəsinin qalibi olub. İsrailin Eylat şəhərində baş tutan tədbir müsabiqənin yutubdakı səhifəsində yayımlanıb.

Üzgüçülük geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olub, sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir