Moldovalı deputat: “Ölkəmizdə hibrid müharibə gedir”

Dünya

“Əslində, Moldovada hibrid müharibə gedir”.

Bunu “resmixeber.az”un Şərqi Avropa bürosuna açıqlamasında Moldova parlamentinin deputatı Vitalie Jakot deyib.

O bildirib ki, qonşu Ukraynadakı müharibə Moldovada gedən bütün proseslərə təsir göstərir:

“Bu, iqtisadiyyatda (inflyasiyanın artması, bütün təchizat zəncirlərinin pozulması), enerji böhranında və cəmiyyətdəki qeyri-sabitlikdə özünü göstərir”.

Deputat vurğulayıb ki, əslində, Moldovada hibrid müharibə gedir:

“Doğrudur, birbaşa qarşıdurmaya cəlb olunmaq riski son vaxtlar əhəmiyyətli dərəcədə azalıb. Amma bu risk tamamilə aradan qalxmayıb və hadisələrin bu istiqamətdə cərəyan edəcəyini tamamilə istisna etmək olmaz. Moldovada təcavüzkarın nəzarəti altında olan tanınmamış qurumun (separatçı Dnestryanı bölgəsi – red.) olması və hətta burada onun silahlı birləşmələrinin mövcudluğu rahat olmağa imkan vermir”.

V.Jakot əlavə edib ki, Rusiyanın öz nəzarətində olan siyasi partiyalar vasitəsilə Moldovada siyasi vəziyyəti daim gərginləşdirmək cəhdləri regionda vəziyyətin inkişafına kömək etmir:

“Amma Moldova hökuməti indiki çətin vəziyyətdən çıxmaq əzmindədir və beynəlxalq tərəfdaşlar bu işdə lazımi köməklik göstərirlər. Bu baxımdan, beynəlxalq tərəfdaşlarımızla münasibətlərin qarşılıqlı fayda və hörmət prinsipləri əsasında inkişafı Moldova cəmiyyəti üçün çox vacibdir. Buna görə də hökumət, parlament və prezident bu sahədə nəzərəçarpacaq uğurlar əldə etmək üçün bütün səylərini əsirgəməyəcəklər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir