Bakıda mağazada qadının 6800 manatı oğurlanıb

Cəmiyyət

Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakininin içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən resmixeber.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir