Şamaxıda inzibati binada yanğın olub

Cəmiyyət

Şamaxıda inzibati binada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 kvadratmetr olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 kvadratmetr sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 kvadratmetr sahədə və içərisindəki əşyalar yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir