Xomeyninin Paris yaxınlığındakı portreti örtüləcək

Dünya

İranın ilk ali lideri Ayətullah Xomeyninin (1902-1989) məcburi sürgündə olduğu Paris yaxınlığındakı Nofle-le-Şato qəsəbəsində yerləşən portretinin örtülməsi planlaşdırılır.

Bu barədə şəhərin meri Elizabet Sancivi bildirib.

Xomeynini təsvir edən tablo bir metr hündürlüyündə taxta lövhədir. O, şəxsi mülkiyyətdədir. Tabloda 1978-1979-cu illərdə Xomeyninin bu yerdə qalmasından bəhs edən fransız və fars dillərində mətn də var.

Bildirilir ki, bu qərar Fransa Beynəlxalq Qadın Hüquqları Liqasının tələbi ilə qəbul edilib.

Mer əlavə edib ki, portretin şəxsi mülkiyyətdən çıxarılmasına icazə vermək üçün hüquqi prosedura başlanmalıdır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir